ilan ilə belə yola getmək*

to get on with difficult (disagreeable) nature / to get on with strong-willed person уживаться с человеком, у которого тяжёлый характер
ilan gözü kimi*
ilan kimi dil çıxarmaq
OBASTAN VİKİ
Yola
Yola (Nigeriya) — Nigeriyanın Adamava ştatının paytaxtı. Yola (inzibati vahid) — Rusiyanın tabeliyində olan başqırd torpaqlarında mövcud olmuş inzibati vahid — dairə.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
Yola (Nigeriya)
Yola — Nigeriyanın Adamava ştatının paytaxtı. Şəhərin adı böyük düzənlik və ya geniş düzənlik torpaq deməkdir.
Getmək fikrində deyiləm
Getmək fikrində deyiləm (ing. Don't Make Me Go) — 2022-ci ildə ekranlara çıxan ABŞ filmi. Beyin xərçəngi diaqnozu qoyulan ata yeniyetmə qızını heç vaxt görmədiyi anasına qovuşdurmaq üçün yol səyahətinə başlayır. Getmək fikrində deyiləm — Internet Movie Database saytında.
Belə (şəhər)
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
Kərtənkələyəbənzər ilan
Kərtənkələyəbənzər ilan (lat. Malpolon monspessulanus) — Zəhərli ilan növü. Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır. Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan marın sonu aprelin əvvələri qayıdır.
Ox-ilan
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
İlan (bürc)
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan Ana
İlan Ana - türk və altay mifologiyasında ilan ilahə. Çılan (Zılan, Ilan) Ana də deyilir. İlanların törədiyi əfsanəvi varlıq. Çox vaxt dişi olaraq təyin olunur. İlanlara hökm edər. İlan ordusunun başında bir gün dünyanı zəbt edəcəyindən qorxarlar. Ağ İlan olaraq təsir edilir. Yeraltı güclərini təmsil edir. İlan Ananın qarnının qızılı əli ilə sığallayan birinin hər şeyin sirrinə vaqif olacağına inanılar. Zılan (Zilan adıyla) tatarların və paytaxtları Qazanın simvolu olaraq qəbul edilmişdir.
İlan Ata
İlan Mesliye
İlan Mesliye (2 mart 2000, Loryan) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Mesliye öz futbolçu karyerasına 6 yaşı olarkən yerli klublarından olan Merlevenez klubunda start vermişdir. Uğurlu çıxışından sonra o, Loryan akademiyasına transfer olmuşdur. 1 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Mesliye peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.
İlan Ramon
İlan Ramon (ivr. ‏אילן רמון‏‎; 20 iyun 1954, Ramat-Qan, Təl-Əviv dairəsi – 1 fevral 2003, Texas) — İsrail Hərbi Hava Qüvvələrində xidmət etmiş pilot, NASA-nın ilk israilli kosmonavtı.
İlan Sultan
İlan Sultan — məşhur İranlı dramaturq Bahram Beyzainin 1965–1966-cı illərdə yazdığı faciə. "İlan Sultan" Beyzainin ən məşhur əsərlərindən biridir.
İlan bürcü
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan mağarası
İlan mağarası — Krımdakı Levadki kəndi yaxınlığında, Krım dağlarının Daxili silsiləsinin dik yamacında yerləşən bir mağara. 310 metr uzunluğundakı ətəklərdəki ən gözəl və ikinci (Torosdan sonra) karst mağaralarından biridir. Mağaranın sahəsi 410 m², həcmi 1300 m³-dir. İlan mağarası uzun müddətdir bilinir. Mağara ilk dəfə 1924-cü ildə S. Zabnin tərəfindən təsvir edilmişdir. 1960–1980-ci illərdə məşhur yerli tarixçi və karstoloq V. Duşevski Simferopol Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllimləri və tələbələri tərəfindən fəal şəkildə öyrənilmişdir. 2000-ci illərdən bəri, Ukrayna Speleologiya və Karstologiya İnstitutunun (Simferopol) əməkdaşları tərəfindən hipogen speleogenez nümunəsi öyrənilmişdir. Əsas mineral tərkibi: brusit; hidroksilapatit; gips; kalsit; kristobalit; sepiolit; florapatit. Mağara daşlarla üç mərtəbəyə bölünür. Hansı ki, dağətəyi mağaralar üçün bənzərsiz bir hadisədir.
İlan ocağı
İlan ocağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Pirin yerində əvvəllər möhrədən tikilmiş bina olmuşdur. Hazırda yenidən bərpa olunmuş və onun yerində səkkizguşəli bina inşa edilmişdir. Hər guşənin bir pəncərəsi var. Binanın tavanı konusvarı günbəzlə örtülmüşdür. Qapı və pəncərə başlıqları yarım dairəvi formadadır. Girişi şərqdəndir. Pirin mərkəzi hissəsində müsəl man dəfn adətlərinə uyğun olan qəbir vardır. Burada kimin dəfn olunduğu bilinmir. Qəbir daşlarında kitabə yoxdur.
İlan rauvolfiyası
İlan rauvolfiyası (lat. Rauvolfia serpentina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin rauvolfiya cinsinə aid bitki növü.
İlan ulduzu
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
İlan zəhəri
İlan zəhəri — bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatı. İlan zəhəri rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İlan zəhəri müalicə əhəmiyyətlidir. İlan zəhərini qurudulmuş halda 23-ilə qədər saxlamaq olur. Zəhərli ilanlar mühafizə olunur. Abşeron yarımadası Şahidli burnunda 3 min gürzə saxlanan qoruq var. Azərbaycanda 23 ilan növü mövcuddur. İlanlar, siçan, ilbiz, həşərat, quş yumurtası və s. ilə qidalanır.
Yola (inzibati vahid)
Yola — XVIII əsrin I yarısında Rusiyanın tabeliyində olan başqırd torpaqlarında mövcud olmuş inzibati vahid — dairə. XVIII əsrin birinci yarısında Başqırdıstan 4 yola (inzibati dairə) bölünmüşdü. XVIII əsrdə indiki Başqırdıstanın mərkəz və cənub hissəsi Noqay yolası adlanırdı. Başqırdıstanın qərb hissəsini əhatə edən torpaqlada yerləşən inzibati vahid isə Kazan yolası adlandırılmışdır. Sibir yolası adlanan üçüncü yol Uralarxası şərq və Cənubi Uralarxası torpaqların şərq hissəsini əhatə edirdi. Ufadan şimala uzanan nazik zolaq Osin yolası adlanırdı. Yolalar isə öz növbəsində volostlara bölünmüşdü. XVIII əsrin ortalarında 42 volost qeydə alınmışdı. Volostlarda inzibati və polis hakimiyyəti başqırd starşinası və yüzbaşının ixtiyarında idi. Hər bir volostda əhalinin sayından asılı olaraq bir neçə starşina fəaliyyət göstərirdi.
Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır. Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar. Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir.
Zərdüşt belə deyirdi
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.